0
Wednesday 5 August 2026 - 12:08

ABŞ raket çatışmazlığı İsraildə narahatlıq yaradıb

Story Code : 1297291
ABŞ raket çatışmazlığı İsraildə narahatlıq yaradıb
İsrailin 15-ci televiziya kanalının hərbi analitiki Yosi Yehoşua deyib: «ABŞ-dan yayılan məlumatlar hava hücumundan müdafiə və hücum raketlərinin çatışmazlığını göstərir. Bu məsələ İsrailin İrana qarşı hərbi imkanlarına və əməliyyat azadlığına birbaşa təsir edir.»
Eyni zamanda, İsrailin təhlükəsizlik qurumları son həftələrdə hərbi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tələb olunan büdcənin ciddi çatışmazlığı barədə dəfələrlə xəbərdarlıq ediblər. Lakin ABŞ rəsmilərindən fərqli olaraq, onlar bu çatışmazlığın mahiyyəti və hansı sahələrə təsir göstərdiyi barədə indiyədək ətraflı məlumat verməyiblər.
İşğalçı İsrail ordusu bundan əvvəl, mart ayında ballistik raketlərə qarşı istifadə olunan ələkeçirici raketlərin ciddi çatışmazlığını etiraf etmişdi. Eyni vaxtda Təl-Əviv bu problemi Vaşinqtona da çatdırmışdı. Səbəb isə İsrailin hava hücumundan müdafiə sisteminin İranın artan raket hücumları ilə ayaqlaşa bilməyəcəyi narahatlığı idi.
RT Arabic saytı da yazıb ki, İsrail rəsmiləri «müharibəyə hazır olmayan ordu» səhvinin təkrarlanmaması barədə xəbərdarlıq edirlər. Bu, 7 oktyabr 2023-cü il hücumundan əvvəl baş vermiş təhlükəsizlik uğursuzluqlarına birbaşa işarədir. Onlar vurğulayırlar ki, İranla əvvəlki gərginlik dövrlərində olduğu kimi, ələkeçirici raket çatışmazlığının yenidən yaranması nə Benyamin Netanyahu, nə də İsrail ictimaiyyəti üçün xəbərsiz qalacaq bir məsələ deyil.
 
 
 
 
Tagged
abş israil raket
Comment