0
Wednesday 5 August 2026 - 19:21

Vens müsəlman prezident kabusu yaşadı

Story Code : 1297359
Vens müsəlman prezident kabusu yaşadı
Cey Di Vens Ağ Evdə korrupsiya və dələduzluqla mübarizəyə həsr olunmuş iclasda Miçiqan ştatından Senat seçkiləri üçün Demokratlar Partiyasının namizədinə qarşı mövqe sərgiləyib.
Vens deyib:
“Biz istəmirik ki, növbəti hökumət – Allah eləməsin, əgər üç ildən sonra Prezident Əbdül əs-Seyid olsa – bizim gördüyümüz bütün möhtəşəm işləri məhv etsin.”
NBC-nin məlumatına görə, Əbdül əs-Seyid bu gün Miçiqan ştatında Demokratlar Partiyasının ilkin seçkilərində rəqibi Heyli Stivensi məğlub edib. Halbuki Stivens AIPAC və İsrailyönlü qrupların güclü dəstəyini almışdı.
Bu siyasətçi noyabr ayında keçiriləcək yekun Konqres seçkilərində qalib gələrsə, ABŞ tarixində ilk müsəlman senator titulunu qazanacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp da əs-Seyidin qələbəsinə reaksiya verərək Miçiqan ştatındakı Ueyn dairəsini ABŞ-da “ən korrupsiyalaşmış səsvermə bölgələrindən biri” adlandırıb və seçkilərdə saxtakarlıq edildiyini iddia edib.
 
 
 
Tagged
abş vens
Comment


Related files