0
Thursday 20 August 2026 - 20:01

Yəmən ordusu: Nəcran hava limanı və “Aramco” neft obyektini hədəfə aldıq

Story Code : 1300306
Yəmən ordusu: Nəcran hava limanı və “Aramco” neft obyektini hədəfə aldıq
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən qüvvələri hücum tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi iki əməliyyat zamanı Səudiyyə Ərəbistanına məxsus Nəcran hava limanında strateji əhəmiyyətli hədəfi və “Aramco” şirkətinin neft obyektini vurub. Onun sözlərinə görə, əməliyyatlar tam uğurla nəticələnib.
Səri əlavə edib ki, sözügedən iki əməliyyat Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçuş aparatlarının Yəmənin Səədə vilayətində hava məkanını pozmasına birbaşa cavab olaraq həyata keçirilib.
 
Comment