Hörmüz boğazında İran və ABŞ arasında şiddətli qarşıdurma yaşandığı bildirilir
Story Code : 1302561
Məlumata görə, Lark adasına hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib. İddialara əsasən, PUA İordaniyadan havaya qalxıb.
SEPAH Hərbi Dəniz Qüvvələri ilə ABŞ qüvvələri arasında qarşıdurma: Şəhid və yaralananlar var
Bildirilir ki, bu gün səhər saatlarından saat 19:00-dək Hörmüz boğazında qaydaları pozan azı üç gəmi SEPAH Hərbi Dəniz Qüvvələrinin raketləri ilə hədəfə alınıb və birbaşa zərbələr nəticəsində məhv edilib.
Məlumata əsasən, ABŞ qüvvələri bu gün ən azı 4-5 gəminin Hörmüz boğazından keçirilməsinə çalışıb. Lakin üçüncü gəminin raket zərbəsi ilə vurulmasından sonra digər gəmilər Fars körfəzinə geri qayıtmağa üstünlük verib. Onlara Fars körfəzinin şimal istiqamətinə hərəkət etmək barədə göstəriş verildiyi bildirilir.
Qeyd olunur ki, qaydaları pozan gəmilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə məxsus raketdaşıyan katerlər tərəfindən hədəfə alınaraq məhv edilib.
Məlumata görə, ABŞ qüvvələri sözügedən gəmiləri lazımi şəkildə müşayiət edə bilmədiyi üçün SEPAH Hərbi Dəniz Qüvvələrinə məxsus katerlərdən birinə atəş açıb. Nəticədə İran SEPAH Hərbi Dəniz Qüvvələrinin bir neçə hərbçisinin şəhid olduğu və yaralandığı bildirilir.