SEPAH: Düşmənin Larək adasında törətdiyi təcavüz düşmənin cəzalandırılması ilə cavablandırılacaq
Story Code : 1302584
İran İslam İnqilabı Keşikçiləri Korpusu Larək adasında “terrorçu düşmənin təcavüzü”nə cavab olaraq yaydığı bəyanatda bildirib:
“ABŞ–sionist düşmən daxili problemlərinin həllində və region ölkələri arasında nüfuzunun azalmasının qarşısının alınmasında aciz qaldığı üçün yenidən öz mənfur rolunu bərpa etməyə və ictimai rəyi buna haqq qazandırmağa çalışır. Bu məqsədlə təcavüzkar addım ataraq Lark adasına hücum edib və bir neçə döyüşçümüzün və həmvətənimizin şəhid olmasına və yaralanmasına səbəb olub.
Bu əmələ İran İslam Respublikasının övladları tərəfindən cavab veriləcək və təcavüzkar cəzalandırılacaq.”