0
Monday 31 August 2026 - 05:05

ABŞ-ın İordaniyadakı Kral Hüseyn və Əl-Əzrəq aviabazalarının infrastrukturu darmadağın edilib

Story Code : 1302587
ABŞ-ın İordaniyadakı Kral Hüseyn və Əl-Əzrəq aviabazalarının infrastrukturu darmadağın edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı ikinci bəyanatda bildirib:
“Qəhrəman və ayağa qalxmış İran xalqı! Sizin meydanda fasiləsiz və tarixi əhəmiyyət daşıyan 183 gecəlik qəhrəmanlıqla iştirakınız düşməni heyrət və çaşqınlıq içində qoyub, məzlumlar üçün ümid mənbəyinə, İslam döyüşçülərinin isə gözlərinin işığına çevrilib.
Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin cəsur döyüşçüləri ABŞ–İsrail düşməninin Larək adasına həyata keçirdiyi hava təcavüzünə cavab olaraq, ‘Təcavüzkara cəza’ əməliyyatı çərçivəsində ‘Ya Məhəmməd ibn Abdullah (s)’ şifrəsi ilə kompleks raket-PUA əməliyyatı keçiriblər.
Əməliyyat zamanı İordaniyada yerləşən ABŞ-ın Kral Hüseyn və Əl-Əzrəq aviabazalarında düşmənə məxsus texniki və təmir infrastrukturu, eləcə də döyüş təyyarələrinin yerləşdiyi məntəqələr ballistik raketlərlə hədəfə alınıb və ağır zərərə məruz qoyulub.
SEPAH xəbərdarlıq edib ki, təcavüz və cinayət düşmənin İran İslam Respublikasının Hörmüz boğazına nəzarətini zəiflətmək istiqamətindəki acizliyinə çarə olmayacaq. Bəyanatda vurğulanıb ki, atılan hər bir atəşə daha sarsıdıcı cavab veriləcək.”
 
Comment