Fidan Türkiyənin Məkkə Paktı çərçivəsində birgə müdafiə üçün atılacaq praktiki addımlarla bağlı hərtərəfli müzakirələr apardığını açıqlayıb.
O bildirib ki, Məkkə Paktında nəzərdə tutulan institusional birgə müdafiə strukturunun yaradılması istiqamətində işə başlanılıb.
Fidan vurğulayıb ki, bu ittifaq heç bir ölkəni hədəf almır və regionun bütün dövlətlərinin üzünə açıqdır. Onun sözlərinə görə, Məkkə müdafiə ittifaqının məqsədi yeni ölkələri də əhatə etməklə genişlənmək və regionda yeni təhlükəsizlik və əməkdaşlıq strukturu formalaşdırmaqdır.
Türkiyənin xarici işlər naziri əlavə edib ki, ittifaq beynəlxalq hüquqa əsaslanan müdafiə xarakterli birlikdir və heç bir ölkəyə qarşı yönəlməyib.
Fidan Netanyahu ilə bağlı isə sərt açıqlamalar verib:
«Netanyahu beynəlxalq ictimaiyyət üçün təhdidə çevrilib və onun qarşısı alınmalıdır.»
O, işğalçı İsrailin baş nazirini «soyqırımın icraçısı» adlandıraraq, Netanyahunun bəşəriyyətin, beynəlxalq ictimaiyyətin və qlobal təhlükəsizliyin ortaq düşməninə çevrildiyini bildirib. Fidan əlavə edib ki, Netanyahunun açıqlamalarına ciddi yanaşmaq olmaz.