0
Tuesday 1 September 2026 - 05:02

ABŞ müdafiə nazirinin müavini istefa verdi

Story Code : 1302839
ABŞ müdafiə nazirinin müavini istefa verdi
Məlumatlı mənbələr çərşənbə axşamı səhər ABŞ müdafiə nazirinin ordu məsələləri üzrə müavini Daniel Driskollun istefa verdiyini bildiriblər.
“The Wall Street Journal” qəzeti məlumatlı ABŞ rəsmilərinə istinadən yazıb ki, Driskoll ABŞ müdafiə naziri Pit Hegsetlə aylarla davam edən fikir ayrılıqlarından sonra istefa ərizəsini ölkə Prezidenti Donald Trampa təqdim edib.
Məlumata görə, Driskoll və Hegset arasında ABŞ ordusunun gələcək fəaliyyət istiqamətləri, həmçinin Hegset tərəfindən yüksək rütbəli hərbi rəsmilərin vəzifədən uzaqlaşdırılması məsələləri ilə bağlı uzun müddət fikir ayrılığı olub.
Driskollun yaxın günlərdə Pentaqonu tərk edəcəyi gözlənilir.
Bundan əvvəl ABŞ mətbuatında Hegsetin Pentaqonun sözçüsü və öz müşaviri Şon Parnelli Driskollun ABŞ müdafiə nazirinin ordu məsələləri üzrə müavini vəzifəsində əvəzləyicisi təyin etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.
 
Tagged
abş
Comment