0
Tuesday 1 September 2026 - 21:12

Hizbullah: Müqavimət İran və İnqilabın Ali Rəhbərinə qürurla arxalanır

Story Code : 1303015
Hizbullah: Müqavimət İran və İnqilabın Ali Rəhbərinə qürurla arxalanır
İslamTimes-ın məlumatına görə, Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının aparıcı nümayəndəsi və Bəəlbək-Herməl bölgəsinin deputatı Hüseyn əl-Hac Həsən ölkədə baş verən son hadisələrlə bağlı çıxışında bildirib ki, Livanın İslami Müqaviməti böyük imkanlara, qətiyyətə, iradəyə və çoxsaylı qəhrəman gənclərə malikdir.

Hüseyn əl-Hac Həsən anım mərasimi zamanı deyib:
“Bizim arxalanacağımız bir dağ da var. Bu da İran və onun Ali Rəhbəri, Ayətullah Seyid Müctəba Xameneidir. Biz İranla müttəfiq olmağımızla fəxr edir və bu ölkənin gücünə arxalanırıq.”
Hizbullah nümayəndəsi daha sonra Livandakı müqavimət hərəkatının tarixinə toxunaraq vurğulayıb ki, İmam Seyid Musa Sədr nə üçün “Əməl” Hərəkatının batalyonlarını yaratdı?
Onun sözlərinə görə, bunun əsas səbəbi həmin dövrdə Livan dövlətinin öz vəzifələrini, o cümlədən xalqın müdafiəsi, ölkənin və xüsusilə də cənub bölgələrinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində öhdəliklərini yerinə yetirə bilməməsi olub.

Hüseyn əl-Hac Həsən əlavə edib:
“Unudanlar xatırlasınlar ki, İmam Musa Sədr Livanda müqavimətin və onun yolunun əsasını qoyan ilk şəxs olub. Bu, Livan dövlətinin öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq etdiyi və hökumətdə Livanın gücünün onun zəifliyində olduğunu düşünən şəxslərin – yəni düşmən qarşısında təslim olmağı müdafiə edənlərin – olduğu bir dövrdə baş verib.”
 
Comment