0
Wednesday 2 September 2026 - 05:23

SEPAH-ın İraqın Ərbil şəhərindəki ABŞ bazalarına raket və PUA zərbələri

Story Code : 1303064
SEPAH-ın İraqın Ərbil şəhərindəki ABŞ bazalarına raket və PUA zərbələri
“Bismillahir-Rahmənir-Rahim
وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ
Qəzəb və intiqam sahibi olan zalımları məhv edən Allahın adı ilə. Ey ağıl sahibləri! Sizin üçün qisasda həyat vardır.”
İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasında İraq Kürdüstanının müsəlman və şərəfli xalqına müraciətlə bildirilib ki, ABŞ ordusu İrana qarşı təcavüzünü Minab və Lamərddə törətdiyi, çox sayda insanın, o cümlədən bu iki ərazidə 200-ə yaxın uşağın öldürülməsi ilə nəticələnən hücumlarla başlayıb.
Açıqlamaya görə, ABŞ qüvvələri ötən gecə Sirik rayonunda sünni məzhəbinə mənsub gənc cütlüyün nikah mərasiminə hücum edərək təxminən 70 dinc sakinin ölümünə və yaralanmasına səbəb olub.
SEPAH bildirib ki, hadisə nəticəsində mərasim iştirakçılarından 4 nəfər, o cümlədən bir uşaq həlak olub.
Açıqlamada qeyd olunur ki, bu itkilərin qisasını almaq məqsədilə SEPAH Quru Qoşunlarının hərbçiləri Ərbildəki ABŞ bazalarına raket və pilotsuz uçuş aparatlarının (PUA) iştirakı ilə birgə hücum həyata keçirib.
SEPAH-ın məlumatına görə, hücum nəticəsində ABŞ ordusunun texniki təmir mərkəzi və texniki avadanlıq anbarları məhv edilib, həmçinin ABŞ-ın casus şarının idarəetmə sistemi sıradan çıxarılıb.
Bundan əlavə, SEPAH Quru Qoşunlarının hərbçilərinin bazadakı yanacaq çənlərini yandırdığı və ABŞ hərbçiləri arasında itkilərin olduğu bildirilib.
Açıqlamada ABŞ-ın regiondakı mövcudluğuna qarşı sərt ifadələr işlədilərək bildirilib ki, “ABŞ rejiminin hökmranlığının sona çatmasının vaxtı çatıb”.
SEPAH-ın açıqlamasında İraq Kürdüstanının ərazisinin ABŞ hərbi qüvvələri tərəfindən region ölkələrinə qarşı hücumların həyata keçirilməsi üçün istifadə edilməsinə etiraz ifadə olunub və yerli əhaliyə müraciət edilərək belə əməllərin qarşısının alınmasına çağırış edilib.
و ما النصر الا من عندالله العزیز الحکیم
Açıqlamanın sonunda “Qələbə yalnız Qüdrətli və Hikmət sahibi Allahdandır” ifadəsi yer alıb.
 
Comment